Bakıda bu avtobus marşrutlarının fəaliyyəti bərpa edildi –SİYAHI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 14.11.2024-cü il tarixindən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

Hərəkət sxemləri bərpa edilən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.

Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar isə bunlardır: 118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Əvvəlki məqalə

Rusiya Qara dəniz donanmasının raket briqadasının qərargah rəisi öldürülüb

Sonrakı məqalə

COP29-da Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib