həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli ötən gün imzalanan sərəncamla əfv edilib.
“Qafqazinfo” xəbər verir ki, artıq o cəzaçəkmə müəssisəsindən evə buraxılıb. Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Qeyd edilib ki, S.Rüstəmli artıq evindədir.
Uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.
Ötən ilin sonlarında həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirib.