Sabiq korpus komandiri Çingiz Şəfiyev vəfat edib.
Azpost.info bildirir ki, bu barədə hərbi bloqer Tofiq Şahmurdov məlumat verib.
Ç.Şəfiyev 56 yaşında dünyasını dəyişib.
Çingiz Şəfiyev 3-cü korpusunun komandiri olub. O, 2011-ci ildən ordudan tərxis edilərək ehtiyata göndərilmişdi.
2011-ci ildə Müdafiə Nazirliyinin Şəmkir korpusunun Göygöl rayonunda yerləşən hərbi hissələrinin birində 7 əsgərin ölümü ilə nəticələnən cinayət hadisəsi ilə bağlı təhqiqat aparıldıqdan sonra Ali Baş Komandanın qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunmuşdu. Eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilmişdi.
Allah rəhmət eləsin!