Sabirabadda 9-cu sinif şagirdi üçün edilən toyun qarşısı alınıb –DİN-dən AÇIQLAMA

Sabirabadda 9-cu sinif şagirdi olan qız üçün keçirilən toyun qarşısı alınıb.

Azpost.info bildirir ki, bu barədə DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib: “Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub. Digər dövlət qurumları məlumatlandırılıb. Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Xatırladaq ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O, hadisənin rayonun Qəzli kəndində baş verdiyini bildirib: “Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub.1-2 həftəyə də oğlan toyu olacaq”.

Əvvəlki məqalə

BMT baş katibi ərzaq böhranının həlli üçün ilkin şərti açıqlayıb

Sonrakı məqalə

Dünyada meymunçiçəyinə 550-dən çox yoluxma qeydə alınıb –