Sabirabadda inkassator avtomobili ata və azyaşlı qızını vurdu

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub.

Hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

İnkassator avtomobili yolu velosipedlə keçən 1972-ci il təvəllüdlü Suliddin Lətif oğlu Əliyevi və onun 2-ci sinif şagirdi olan qızı Xədicəni vurub. Nəticədə Suliddin Əliyevi hadisə yerində ölüb, qızı isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.