Şabranda mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

TƏBİB-dən verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Əvvəlki məqalə

KTMT-nin hərbi missiyası Ermənistan-Azərbaycan sərhədində olub

Sonrakı məqalə

İranı ayağa qaldıran əxlaq polisləri –