“Şahzadə Harri və Meqan Marklın münasibətlərində ixtilaf, fikir ayrılığı yaranıb”.
Azpost.info Pravda.ru-ya istinadən bildirir ki, bu barədə Kral ailəsi üzrə ekspert açıqlama verib.
“Harri və Meqanın böyük problemləri var. Onlar vəkil tutublar. Hər ikisinin münasibətləri sürətlə pisləşir. Mən bir nəfərlə danışaraq bu informasiyanı yoxladım. Cütlük boşanma ilə bağlı razılığa gəlib. Amma elə göstərirlər ki, guya hər şey yerindədir. Eşitdiyimə görə, Harri Meqanı bu qərarı qəbul etməyə vadar edib. O, başa düşüb ki, Meqan kimdir”-deyə ekspert vurğulayıb.
Hələki Meqan və Harri bu məlumata şərh vermirlər. Bu xəbər ingilisləri çox şad edib.
Azpost.info