Böyük Britaniya taxtının ikinci varisi, Kembric hersoqu şahzadə Uilyam küçədə jurnal satarkən görüntülənib.
AZƏRTAC xəbər verir ki, şahzadə Uilyam paytaxt Londonda əlində “The Big Issue” jurnalı satanda kameralara tuş gəlib. Həmin jurnalı London küçələrində adətən, evsizlər pul qazanmaq məqsədi ilə satırlar. Şahzadə məhz onlar kimi jilet və papaq da geyinib.
Vestminster bölgəsində yoldan keçənlərin diqqətini çəkən şahzadə onu tanıyanlarla şəkil çəkdirməyi də unutmayıb.