Şahzadə Uilyam küçədə qəzet satdı –FOTO

Böyük Britaniya taxtının ikinci varisi, Kembric hersoqu şahzadə Uilyam küçədə jurnal satarkən görüntülənib.

AZƏRTAC xəbər verir ki, şahzadə Uilyam paytaxt Londonda əlində “The Big Issue” jurnalı satanda kameralara tuş gəlib. Həmin jurnalı London küçələrində adətən, evsizlər pul qazanmaq məqsədi ilə satırlar. Şahzadə məhz onlar kimi jilet və papaq da geyinib.

Vestminster bölgəsində yoldan keçənlərin diqqətini çəkən şahzadə onu tanıyanlarla şəkil çəkdirməyi də unutmayıb.

Əvvəlki məqalə

Bakıda xəstə baxıcısı şkafa baxdı, 200 min pul oğurladı –

Sonrakı məqalə

Britaniya Müdafiə Nazirliyi ilk dəfə kvant kompüterindən istifadəyə başlayıb