Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə su olmayacaq

Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsinin bir hissəsinə axşam saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.

AzPost bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb su xəttində təmir-bərpa işlərinin aparılmasıdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.