Salyanda 3 nəfər 13 yaşlı qıza cinsi təcavüz edib –Prokuror istintaq aparır

Salyan rayonunun Çadırlı kəndində 1 ay əvvəl 13 yaşlı qıza qarşı cinsi təcavüz olub.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözərinə görə, hazırda azyşalı qız təhülkəsiz yerdə yerləşdirilib.

Faktla bağll 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hazırda Salyan Prokurorluğunda istintaq aparılır.

Vəhdət Partiyası Salyan təşkilatının sədri Sahil Rəhimov yazıb ki, azyaşlının ailə durumu ağır olub: “Atasi lal -kar, anasi isə ruhi xəstədir. O yasda uşağa təcavüz edənlər nəinki cəzaya, hətta ölümə layiqdir. Uşağın müəllim olan babası lal-kara ərə verdiyi qızının şəraitini görmürdü? O uşağın yaşadığı ev ev deyil, tövlədir”-deyə Rəhimov bildirib.

 

 

 

 

Əvvəlki məqalə

Aparıcı Turan İbrahimov “Space” TV-dən getdi

Sonrakı məqalə

ABŞ G7 ilə birgə 200-dən çox rusu “qara siyahıya” saldı