Salyanda 36 yaşlı qadın 10-cu dəfə ana olub

Salyanda ailənin 10-cu uşağı doğulub.

Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.

Salyan rayon Qaraçala qəsəbəsində yaşayan Abdullayevlər ailəsində 10-cu uşaq doğulub. Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum evində dünyaya göz açan körpənin çəkisi 3 kq. 900 qramdır.

36 yaşlı Gülşən Asif qızı Abdullayeva 6 qız və 4 oğlan anası olub.

Əvvəlki məqalə

“Akıncı” hücum PUA-larının hansı xüsusiyyətləri var? –

Sonrakı məqalə

“Britiş Petrolium”un baş direktoru Prezident İlham Əliyevi təbrik edib