Salyanda intihar etmək istəyən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldə bilər

Sonrakı məqalə

“Ukrayna böhranı qlobal iqtisadi ləngiməyə səbəb olacaq” –