Salyanda şagirdlərin Şirvan Milli Parkına ekoturu təşkil olunub –FOTOLAR

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsinin fəaliyyət planında    maarifləndirici tədbirlərlə yanaşı, praktik işlərin həyata keçirilməsi, ekoturların təşkili nəzərdə tutmuşdur. Artıq ilk ekotur həyata keçirilmişdir. Salyan şəhər 2 saylı tam orta məktəbin  20 nəfərdən çox məktəblisi Şirvan Milli Parkına təşkil edilən  ilk ekoturun iştirakçısı olmuşdur. Türda şagirdlərlə yanaşı, məktəb direktoru, sahənin fənn müəllimləri iştirak ediblər.

Təhsil ocağının həyətində  ekotura həsr olunmuş toplantıda səfər iştirakçılarını Agentlik adından salamlayan Rüstəm Məlikov tədbirin məqsəd və məramları barədə danışmış, ilk dəfə iştirak etdiklərinə görə onlara məsləhət və tövsiyələrini bildirib.

Ekotur iştirakçıları Şirvan Milli Parkında  ən maraqlı turist marşurutlarından biri olan “Flaminqo” gölününn müşahidə məntəqəsində olublar. Yol boyu ceyranlar, dovşanlar və digər heyvanları müşahidə edən tirakçılar buradan da təbiəti seyr etmişlər. Parkın mühafizəçisi Hikmət Qənbərov  Şirvan Milli Parkı haqqında ümumi məlumat verərək bildirib ki, buranın landşaftı yarımsəhra, çol, düzən gölü, su bataqlıq ərazisi, dəniz sahilindən ibarətdir. Milli Parkda nadir fauna və flora mühiti vardır. Xarakterik bitki növləri ilə yanaşı  adı “Qırmızı kitaba” daxil olan çoxlu sayda heyvan və quşlar: qızılqazlar, ceyranlar, ilanlar, tısbağalar buradakı biomüxtəliflik şəraitində öz mövcudluqlarını davam etdirirlər.

Məktəb şagirdlərinə maraqlı oldu ki, quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınıb. Məktəb partasından birbaşa  ekotura qatılan  iştirakçılar  adlarını ilk dəfə eşitdikləri   yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş və digər biomüxtəliflilər barədə məlumatları maraqla dinləyiblər.Uşaqlar maraq dairələri çərcivəsində sual- cavab ediblər.

Səfər iştirakçıları yaddaqalan təəsuratla yenidən rayon mərkəzinə qayıdıblar. Şəhər 2 saylı məktəbin direktoru Aynur Əskərova maraqlı səfərin təşkili üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına  və Şirvan Milli Parkının əməkdaşlarına təşəkkürlərini bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.