“Samsung Electronics”in rəhbəri 11 il davam edən məhkəmə prosesindən qalib çıxıb

Li Co Yon
Li Co Yon

Cənubi Koreyanın Ali Məhkəməsi “Samsung Electronics”in rəhbəri Li Co Yon mühasibat fırıldaqçılığı və səhmlərin manipulyasiyası ilə bağlı irəli sürülən bütün ittihamlardan bəraət verib.

AzPost oxu.az-a istinadla xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “Samsung Electronics”in rəhbərinə qarşı məhkəmə işi 2014-cü ildən bəri davam edirdi.

Ümumilikdə şirkətə qarşı 19 ittiham irəli sürülüb. Prokuror Li Co Yona beş ilədək həbs cəzası istəyib. Lakin məhkəmə müəyyən edib ki, prokurorluq qanun pozuntusuna dair kifayət qədər sübut təqdim etməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.