Samur-Abşeron kanalında batan yeniyetmənin axtarışı davam etdirilir

İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.

Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.