Samuxda zəlzələ olub

Dekabrın 6-da Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə – Samux rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss edilməyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.