Samuxun icra başçısının müavini koronavirusdan vəfat etdi

20 İyun 2020 - 12:04

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

Q. Əliyev iyun ayının 20-si gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki icra başçısının müavini iyunun 14-də ağır vəziyyətdə iki tərəfli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan profilaktik tədbirlərə baxmayaraq, o, ötən gecə xəstəxananın reanimasiya şöbəsində vəfat edib.