Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Donald Trampı ABŞ seçkilərində qələbəsi münasibətilə təbrik edərək, Aİ-nin öz kursu ilə gedəcəyini bildirib.
Azpost.info xəbər verir ki, bu barədə o, “X”-də paylaşım edib.
“Yeni seçilmiş prezident Donald Trampı təbrik edirəm. Avropa İttifaqı və ABŞ arasında güclü müttəfiqlik və tarixi əlaqə var. Müttəfiqlər və dostlar kimi Avropa İttifaqı bizim davamlı konstruktiv əməkdaşlığımızı səbirsizliklə gözləyir. İttifaq qaydalara əsaslanan çoxtərəfli sistemi müdafiə etməklə yanaşı, güclü, vahid, rəqabətədavamlı və suveren tərəfdaş kimi öz strateji gündəliyinə uyğun kursunu davam etdirəcək”, – Şarl Mişel qeyd edib.
Azpost.info