Şaxtalı havada nə qədər gəzmək olar?– Həkimdən açıqlama

Şaxtalı havada gəzintinin müddəti havanın temperaturundan birbaşa asılıdır və düzgün seçilmədikdə sağlamlıq üçün risk yarada bilər. Terapevt həkim Nadejda Çernışova bu məsələdə əsas meyarların temperatur və insanın ümumi vəziyyəti olduğunu bildirib. AzPost Aif.ru-ya istinadla xəbər verir ki, mütəxəssis minus 15 dərəcədə açıq havada 40 dəqiqədən 1 saata qədər qalmağın mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, hava temperaturu minus 20 dərəcəyə düşdükdə gəzinti müddəti 15–20 dəqiqə ilə məhdudlaşdırılmalıdır. Minus 25 dərəcə və daha aşağı temperaturda isə ümumiyyətlə evdən çıxmamaq tövsiyə olunur. Xüsusilə özünü yaxşı hiss etməyən şəxslər üçün şaxtalı havada gəzmək əks göstəriş sayılır.

Həkim vurğulayıb ki, şaxtada yalnız sağlam insanlar gəzməlidir və gəzintiyə düzgün hazırlaşmaq vacibdir. Onun sözlərinə görə, soyuğa çıxmazdan əvvəl spirtli içki qəbul etmək olmaz, çünki bu, donma riskini artırır.

Nadejda Çernışova əlavə edib ki, üz dərisi şaxtadan qorunmaq üçün xüsusi kremlə əvvəlcədən, yəni çölə çıxmazdan 30–40 dəqiqə və ya 1 saat əvvəl yağlanmalıdır. Əgər krem birbaşa çıxışdan əvvəl çəkilərsə, dəriyə hopmağa vaxt tapmır və lazımi qoruma təmin etmir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.