Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi yekunlaşıb.
Azpost.info bildirir ki, bu barədə MSK-nın rəsmi təlimatında qeyd olunur.
Seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat
lövhələrində yerləşdirilməsi üçün son vaxt iyulun 28-də başa çatıb.
Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları Səsvermə gününə azı 35 gün qalanadək seçici siyahılarını yerləşdirməlidirlər.