Seçkidə pozuntulara yol verən məntəqə komissiyaları buraxılacaq

10 Fevral 2020 - 09:56

“Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq”.

Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.