Seçkidə pozuntulara yol verən məntəqə komissiyaları buraxılacaq

“Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq”.

Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

7 seçki dairəsində nəticələrlə bağlı ciddi araşdırma aparılacaq –

Sonrakı məqalə

Milli Məclisin ilk dəfə mandat almış yeni deputatları kimlərdir? –