Özbəkistan parlamenti - Ali Məclisə keçirilən seçkilərdə ən çox mandat qazanan Liberal- Demokrat Partiyasına Baş Nazir postuna öz namizədini irəli sürmək həvalə edilib. AZƏRTAC xəbər verir ki, Liberal- Demokrat Partiyası seçkilərdə 53 mandata sahib olub. Özbəkistan qanunlarına görə, seçkilərdə ən çox yer qazanan partiya hökumət başçısı postuna öz namizədini irəli sürür. Partiyanın namizədi yaxın günlərdə məlum olacaq.