Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.
“Rusiyanın daxili işlərinə istənilən müdaxilə Rusiya qanunlarına uyğun olaraq sərt şəkildə yatırılacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, – deyə Putin bildirib.
O, ölkədə yeganə hakimiyyət mənbəyinin xalq olduğunu vurğulayıb.
Azpost.info