SEPAH Beyrutda iranlı hərbi müşavirin öldüyünü təsdiqləyib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami iyulun 30-da iranlı hərbi müşaviri Milad Beydinin İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldüyünü təsdiqləyib

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

General Milad Beydinin ailəsinə başsağlığı verib: “Sionist rejimin Beyrutdakı hava hücumu nəticəsində həlak olan İranın Suriya və Livandakı hərbi müşaviri Milad Beydinin ailəsinə və yoldaşlarına başsağlığı verirəm”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.