SEPAH İsrailə raket zərbəsi ilə bağlı bəyanat yayıb

“İsrail cavab versə, biz onlara min qat daha çox zərbə vuracağıq”.

Azpost.info bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun 9SEPAH) İsrailə hücumundan sonra verdiyi  bəyanatında deyilir.

“İsmayıl Haniyə, Seyid Həsən Nəsrullah və Abbas Nilforuşanın qətlinə cavab olaraq biz işğalçı qurumun tam ürəyinə zərbə vurduq. İsrail cavab versə, biz onlara min qat daha çox zərbə vuracağıq”-deyə bəyanatda bildirilir.

İndiyədək İrandan İsrailə 400-ə yaxın raket atılıb.

Raketlərin əksəriyyəti İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Lakin bəziləri Dəmir Günbəzdən keçərək bir neçə binaya ziyan vura bilib.  Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Əvvəlki məqalə

İrandan İsrailə 400-ə yaxın raket atılıb –

Sonrakı məqalə

“ABŞ müttəfiqi İsraili qorumağa hazırdır” –