“Separatçıları İrəvanda yenidən formalaşdırmaq üçün cəhdlər edilir” –EKSPERT ŞƏRHİ

“Qarabağın ləğv edilmiş separatçı rejiminin dirçəldilməsi ilə bağlı İrəvanda atılan addımlar onu göstərir ki, qondarma qurum tam məhv edilməyib. Separatçıların Rusiyaya meylli olduğunu nəzərə alsaq, onların yenidən formalaşması üçün addımların atıldığını müşahidə edirik”.

Bu sözləri Azpost.info-ya açıqlamasında ekspert Azər Bayramov deyib.

Qeyd edək ki, qondarma qurumun İrəvana sığınan tör-töküntülərinin burada “iclas” keçirdiyi, “Artsaxın strukturlarının” formalaşdırılmasını müzakirə etdikləri barədə erməni mediasında məlumatlar yayılıb.

A.Bayramov isə deyir ki, özlərini buraxan qondarma rejimin terrorçubaşılarının Ermənistana getdikdən sonra yenidən dirçəlmək üçün cəhdlər edəcəkləri gözlənilən idi: “Hesab etmirəm ki, indiki halda separatçıların Azərbaycan üçün hansısa təhlükəsi var. Amma gələcəkdə qondarma qurum “rəhbərlərinin” qondarma iclasları revanş hissi ilə yaşayan digər kəsimlərin də bu yöndə addımlar atmasına zəmin yarada bilər. İstənilən halda, Azərbaycan separatçılara da, Ermənistanın hakim dairələrinə də xəbərdarlığını etməlidir”.

“Separatçıların Paşinyan hakimiyy”ətinə qarşı təhlükə mənbəyinə çevrilməsi də qaçılmaz görünür. Demək istəyirəm ki, bu, təkcə Azərbaycana qarşı təhlükə deyil, Ermənistan üçün də təhlükədir. Ola bilsin ki, separatçılar havadarlarından dəstək vədi alaraq belə addımlar atmağa cəsarətləniblər. Bütün hallarda, indi separatçılar Azərbaycandan çox Ermənistanın indiki hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilirlər. Onsuz da Ermənistanda indi hakimiyyət üçün vəziyyət kövrəkdir, ölkə daxilində hərc-mərclik var. Bu qarışıqlıqdan istifadə edən separatçılar İrəvanda hakimiyyət çevrilişinə belə cəhd göstərə bilərlər”, – ekspert fikrini tamamlayıb.

Anar ABDULLA

Əvvəlki məqalə

Baş Qərargah rəisinin sərhədə səfəri erməniləri niyə qorxudub? –

Sonrakı məqalə

“Ankara ilə aramızdakı fikir ayrılığının böhrana səbəb olmasını istəmirik”