Qarabağ separatçılarının hərbi rəhbərlərindən olan Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanı hədələyib.
Azpost.info erməni KİV-lərinə istinadən bildirir ki, Balasanyan Paşinyanı Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bir-birini təkzib edən bəyanatlar verdiyini bildirib: “Paşinyanın münaqişənin həllinə yanaşması Azərbaycanın milli və dövlət maraqlarına xidmət edir. Dekabrın 10-da parlamentdə “mənim addımım” fraksiyasının deputatı Ovanes İgityan bəyan edib ki, Paşinyan danışıqlarda azərbaycanlı icmasının da iştirakının əleyhinə deyil. Bu bir daha dediklərimizi təsdiq edir”.
Balasanyan bildirib ki, qondarma “DQR”-in rəhbərliyi Minsk Qrupunun azərbaycanlı icmasının danışıqlar prosesinə cəlb edilməsi barədə təklifinin əleyhinə olub: “Əgər Ermənistan da daxil olmaqla danışıqlar prosesinin tərəfləri Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara cəlb etməyə cəhd etsələr bu, Qarabağın mövcud olduğu dövr ərzində ən böyük təhlükə və təhdid olacaq. Bunun neytrallaşdırılması üçün ermənilərin bütün fiziki sağlamlığı və real qüvvələri göndəriləcək”.
Azpost.info