Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib

12 Oktyabr 2021 - 15:14

12 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb və strateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.