Sergey Lavrov və Sergey Şoyqu Ermənistandadır

21 Noyabr 2020 - 11:15

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistana gedib.

Bu barədə Sputnik məlumat yayıb.

Ermənistanın Nazirlər Kabinetindən TASS-a bildirilib ki, Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.