Şeyxülislam Avropa Şurasında keçirilən konfransda çıxış edib –FOTO

Fransanın Strasbuqr şəhərində, Avropa Şurasının “Din və Sülh, din və insan haqqları, dinlərarası dialoq” mövzusunda konfrans öz işinə başlayıb.
Konfransda islam dünyasını QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə təmsil edir.
Qeyd edək ki, konfrans Avropa Şurasının Nazirlər Komitəsinə sədrilik edən İtaliyanın təşəbbüsü ilə baş tutur. Konfransda irəli sürülən Dinlərarası dialoqun Strasburq prinsipləri müzakirə olunur.
Konfransı giriş sözü ilə açan İtaliyanın Avropa Şurasındakı nümayəndəsi Mişel Cakomelli dinlərarası dialoqun bu gün vacib olduğunu, demokratik təsisatların əsasında din və etiqad azadlığının dayandığını bildirib. Daha sonra Avropa Şurası Baş katibinin müavini Björn Berj çıxış edib, konfransın məqsəd və vəzifələrindən danışıb, dəvət edilmiş dini liderləri təqdim edib.
Konfransda Şeyxülislam geniş məruzə ilə çıxış edib, Azərbaycanda din və etiqad azadlıqlarının qorunması, multikultural, tolerant mühitdən bəhs edib. Azərbaycanla Ermənistan arasında sülh prosesinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar tərəfindən dəstəkləndiyini bildirib.
Əvvəlki məqalə

“TIME” Putin və Zelenskinin reytinqini öyrənir –

Sonrakı məqalə

Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanılıb – FOTO