Şeyxülislam Fransaya səfərə gedir –Konfransda islam dünyasının yeganə təmsilçisi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə 2022-ci il mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür.

Bu barədə QMİ-nin mətbuat xidmətindən bildlirblər.

Səfərin məqsədi Avropa Şurasının mayın 2-də “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcək beynəlxalq konfransda iştirak etməkdir.

Konfrans Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır.

Qeyd edək ki, bu təşəbbüs G-20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib.

QMİ sədri İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb.

Paşazadə çıxışında insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.

Əvvəlki məqalə

“Qərb qızıl-valyuta ehtiyatlarımızı oğurlayır” –

Sonrakı məqalə

Apellyasiya Məhkəməsi Əli Əliyevlə bağlı hökmü qüvvədə saxladı