Şeyxülislam Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.

Görüş Moskvada keçirilən “ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri” adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə Danilov monastırında görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak edib. QMİ sədri forumda çıxış edib. (APA)

Əvvəlki məqalə

“Mənim adım korrupsiya faktında hallana bilməz” –

Sonrakı məqalə

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışıb