Şeyxülislam Türkiyə səfirliyini ziyarət etdi, başsağlığı verdi –FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyini ziyarət edib. 
Azpost.info bildirir ki, Şeyxülislam Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar kədərləndiyini bildirib, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara Allahdan acil şəfalar diləyib.
QMİ sədri qeyd edib ki, qardaş Türkiyə xalqı Allahın köməyi və bütün türkdilli xalqların duaları ilə bu ağır imtahandan alnı açıq, daha möhkəm və mətin çıxacaq. Bu niyyətlə Azərbaycanın came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək və dindarlarımıza türk qardaşlarına maddi-mənəvi yardım etmək tövsiyə olunacaq.
Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu günlərdə TC Diyanət Başkanlığı vasitəsi ilə zərərçəkmişlərə maddi yardım göndərib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Şeyxülislam həzrətlərinə təziyələrinə görə təşəkkürünü bildirib, dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daim var olacağına, ağır günlərdə sınaqdan keçmiş qardaşlığımızın daha da möhkəmlənəciyinə əminliyini qeyd edib.
Əvvəlki məqalə

Ərdoğan Qaziantepə gedib, zərərçəkənlərlə görüşüb

Sonrakı məqalə

“Nərmin işi” ilə bağlı məhkəmə davam edir –