Şeyxülislam Yuta ştatının vitse-qubernatoru ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə səfəri çərçivəsində Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüşüb.

Bu barədə vitse-qubernator tviter səhifəsində yazıb.

Bildirib ki, doğrudan da, Azərbaycan belə böyük dinlərarası nümayəndə heyətini salamlamaq onun üçün şərəf idi: “Biz azərbaycanlı dostlarımızı və onların dini azadlıqlara sadiqliyini çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Əvvəlki məqalə

Hacı Şahin Həsənlinin vəfat səbəbi məlum olub

Sonrakı məqalə

Hacı Şahinin cənazəsi Məşədi Dadaş məscidinə gətirilib