Şeyxülislam “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərinə səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, QMİ sədri A. Paşazadə Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcəkdir.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Abu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlamın sədrliyi ilə baş tutacaq toplantısında iştirak edəcəkdir. Məlumat üçün qeyd edək ki, Şeyxülislam A.Paşazadə Əl-Əzhər Şərifin şeyxi Əhməd Əl-Tayyibin sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvüdür.

Fevralın 5-dək davam edəcək səfər müddətində bir sıra ikitərəfli görüşlər nəzərdə tutulur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.