Şeyxülislamın başçılığı ilə Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir-FOTOLAR

Xəbər verildiyi kimi, fevral ayanın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ABŞ-nin Yuta ştatında rəsmi səfərdədir.

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, Birləşmiş Ştatların məşhur «Stirlinq» Fondunun, eləcə də İsa Məsih və Sonuncu günün müqəddəsləri kilsəsinin birgə dəvəti ilə təşkil olunan səfərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin, Dağ Yəhudiləri dini icmasının sədri Melix Evdayevin, Alban uli dini icmasının sədri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekle və başqaları da iştirak ediblər.

Səfərdən məqsəd Azərbaycanın əsirlər boyu formalaşdırdığı və inkişaf etdirdiyi tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışıdır.

Səfərin ilk günü Azərbaycandan gəlmiş qonaqlar Yuta ştatının ali qanunvericilik orqanı olan senatda olublar. Burada ilk görüş «Stirlinq» fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə keçirilib. E.Rove Azərbaycanı yaxşı tanıdığını və burada fərqli dini icmaların birgə fəaliyyəti, dövlətin onlar üçün yaratdığı əlverişli şəraiti, dövlət orqanları ilə Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə səmərəli fəaliyyətini vuğulayaraq bildirib ki, dini müxtəliflik və tolerantlıq baxımından Azərbayan Respublikası ilə Yuta ştatı arasında olan yaxınlıq xalqlarımız və dövlətlərimiz arasında əlaqələri genişləndirməklə dünyada örnək olaraq qalmaqdadır.

Sonra Yuta ştatının senatında Azərbaycanda gəlmiş nümayəndə heyətinin rəsmi salamlama mərasimi keçirilib və senatorlar qonaqları alqışlarla qarşılanıblar. Mərasimdə Yuta ştatı senatının Azərbaycanda tolerantlıq, multikulturalizm siyasəti, dini müxtəlifliyin qorunması ilə bağlı qəbul etdiyi bəyannamənin mətni oxunmuşdu.

Senatın prezidenti Stüart Adamsın və senator Mihael MakKellin imzaladığı sənəddə deyilir: «Yuta ştatının senatı bəyan edir ki, Azərbaycan müsəlmanlsr, xristianlar və yəhudilər arasında qədim zamanlardan bəri mövcud olan dinlərarası tolerantlıq ənənəsinə sadiq qalaraq ölkədə multikulturalizm və dinlərarası harmoniyanıdaha da inkişaf etdirmək üçün səy göstərir. Asiya ilə Avropanln kəsişməsində yerləşən Azərbaycan region üçün və bütün dünya üçün model olaraq çıxış edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsləri və iştirakı ilə Yer üzündə dini rəngarəngliyi qorumaq və inkişaf etdirmək, əmgkdaşlıq üçün dünyanın fərqli konfessiyalarının liderlərini dəfələrlə bir araya gətirə bilmişlər. Yuta ştatı Şeyxülislam Allahşükür Paşazadəni, Bakı Beynəlxadq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi, dini icma rəhbərlərini və digər qonaqları senatda salamlamaqdan şərəf duyur. Biz bir daha bəyan edirik ki, Yuta senatı Azərbaycanın dini tolerantlığı və dinlərarası əməkdaşlıq dəyərlərini möhkəmlətmək istiqamətində apardığı işi təqdir edir».

Sonra Yuta ştatı Senatının prezidenti Stüart Adams Azərbaycan nümayəndə heyətilə geniş tərkibdə görüş keçirib. Görüşdə bildirib ki, Azərbaycanla digər sahələrdə oduğu kimi dinlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Yuta ştatı Azərbaycan Respublikası ilə əlaqələri, səmimi dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır və bunun üçün kifayət qədər zəmin vardır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbul üçün S.Adamsa minnətdarlığını bildirərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və qeyd edib ki, Yuta ilə əlaqələrin genişlənməsi üçün kifayət qədər zəmin var. Təsadüfi deyil ki, Yuta ABŞ-nin ştatları arasında Xocalı soyqvrımını ilk tanıyanlar arasındadır. Bundan başqa, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın dinc quruculuq və bərpa işlərinə mane olan minlərlə partlamamış minanın zərərsizləşdirilməsində yutalıların da böyük köməyi olub.

Sonra Şeyxülislam Allahşükür Paşazadə Yuta senatının prezidentini Azərbaycana səfərə dəvət edib.

Əvvəlki məqalə

“Qərb kobudcasına Cənubi Qafqaza soxulur” –

Sonrakı məqalə

“Ya kimliyimizi qorumalı, ya Qərbə tabe olmalıyıq”