Sığınacaqda qızılcaya yoluxan 8 uşaq sağalaraq xəstəxanadan buraxılıb- TƏBİB

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

Əvvəlki məqalə

Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir

Sonrakı məqalə

“Peyvənd olunanlar xəstəliyi yüngül keçirir…İkinci dəfə nadir hallarda yoluxur” –