Şimali Kipr Bakıda  müstəqilliyinin 39-cu ildönümünü qeyd edib

Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə bu ölkənin Bakıdakı Təmsilçiliyi rəsmi qəbul təşkil edib.

Azpost.info xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Təmsilçiliyinin rəhbəri xanım Ufuk Turganer çıxış edərək deyib ki, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin dost və qardaş ölkədə qeyd edilməsi qürurvericidir.  Daha sonra xanım təmsilçi ölkəsinin yaranma tarixindən, keçdiyi bu yoldakı çətinlik və mübarizəsindən danışıb: “39 il əvvəl Aralıq dənizinin Zümrüd adalarından birinə gerçəkləşdirilən Türk Barış Hərəkatının ardından Şimali Kipr Türk Respublikasının əsası qoyuldu. Bu, əslində adada türk mövcudluğunu yox etmək istəyənlərə qarşı böyük türk iradəsinin təcəssümü idi”.

Xanım Turganer ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv kimi də qəbul edildiyinə toxunaraq deyib ki, bu, qardaş ölkənin dünyada tanınması istiqamətində atılan ən böyük addımlardan biridir.  O, Şimali Kiprin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə, möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.

Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edən Milli Məclisin üzvü Hikmət Babaoğlu hər iki ölkə arasındakı qarşılıqlı əlaqələrdən, münasibətlərdən  söz açıb.

Azpost.info

Əvvəlki məqalə

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

Sonrakı məqalə

20 mindən çox pensiyaçı onlayn qeydə alınıb