Şimali Kiprdə Azərbaycanın Müstəqillik Günü şərəfinə sərgi açılacaq –Prezident iştirak edəcək

Şimali Kipr Cumhuriyyətində Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü şərəfinə sərgi təşkil olunacaq.

Azpost.info bildirir ki, Yakın Doğu Universiteti və Şimali Kipr Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan Müstəqillik Günü Sərgisi” adı ilə keçirilən sərgidə türk dünyasının mədəniyyət nümunələri təqdim olunacaq. Sərgidə 54 Azərbaycan rəssamının əsərləri nümayiş olunacaq.

Sərgi Kipr prezidenti Ersin Tatarın iştirakı ilə Mayın 26-da Yakın Doğu Universiteti Xəstəxanası Sərgi Salonunda açılacaq  və iyunun 2-nə qədər ziyarətçilərin ixtiyarına veriləcək.

50 mindən çox sənət əsəri ilə təkcə Şimali Kiprin deyil, bölgənin ən böyük müasir incəsənət muzeyi olan Kipr Müasir İncəsənət Muzeyi zəngin əsər kolleksiyaları ilə türk dünyası mədəniyyətini bir arada birləşdirir.

Yaxın Şərq Qəyyumlar Şurasının sədri Prof. Dr. İrfan Suat Günsel bildirib ki, bir-birinə ortaq tarix, mədəniyyət və sənət bağı ilə bağlı olan Türk dünyasının ən önəmli nümayəndələrindən biri olan Azərbaycanın 105-ci müstəqillik gününü səmimi qəlbdən qeyd edirlər. Onun sözlərinə görə, 14 türk toplumuna mənsub rəssamların əsərlərindən ibarət 50 minlik zəngin kolleksiyada Azərbaycan rəssamlarının imzası olan əsərlər çox xüsusi yer tutur.

Azpost.info

 

Əvvəlki məqalə

İlkin Süleymanova son söz üçün 8 gün vaxt verilib

Sonrakı məqalə

“Ermənistanla münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur” –