Şimali Koreya 5 illik fasilədədən sonra Vyetnama səfir təyin edib.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Li Sın Quk KXDR-in Hanoydakı səfiri olacaq.
Diplomatik nümayəndəliyin rəhbəri postu 2019-cu ilin aprel ayından, əvvəlki səfir Kim Myon Gil KXDR-ə qayıtdıqdan sonra boşdur.
Azpost.info