Şimali Koreyanın 8 min hərbçisi Rusiyanın Kurskdadır –ABŞ dövlət katibi

Səkkiz minə yaxın Şimali Koreya hərbçisi Rusiya və Ukrayna sərhədində yerləşən Kursk bölgəsinə gəlib və yaxın günlərdə Ukrayna qüvvələri ilə döyüşməyə hazırdır.

“Agence France-Presse” xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken ABŞ və Cənubi Koreya arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hərbçilər Ukraynaya qarşı döyüş və ya dəstək əməliyyatlarında iştirak edərlərsə, qanuni hərbi hədəfə çevriləcəklər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.