“Şimali Qafqazdan olan qaçqınları Rusiyaya təhvil verməyin”- Aİ-yə ÇAĞIRIŞ

Avropa dövlətləri Şimali Qafqazdan olan qaçqın və sığınacaq axtaran şəxslərin Rusiyaya ekstradisiyasını dərhal dayandırmalıdırlar. Çünki Rusiyada onlar işgəncələrə və digər pis rəftara məruz qala, Ukraynaya qarşı müharibədə iştirak etməyə məcbur edilə bilər.

Azpost.info xəbər verir ki, bu bəyanatla “Amnesty International” hüquq müdafiə təşkilatı çıxış edib.

Məlumata görə, Xorvatiya, Fransa, Almaniya, Polşa, Rumıniya və digər dövlətlərin rəsmiləri Şimali Qafqazdan Avropaya qaçan şəxsləri ölkədən çıxarmağa və ya ekstradisiya etməyə cəhd ediblər. “Amnesty International”ın fikrincə, bununla da bu ölkələr onları beynəlxalq müdafiə hüququndan məhrum ediblər.

Təşkilat hesab edir ki, Şimali Qafqazdan olan insanlara sığınacaq verilməməsi və onların evlərinə göndərilməsi üçün çox vaxt Rusiya tərəfindən verilən İnterpolun “qırmızı bildirişləri” səbəb olur: “Rusiya bu cür bildirişlərdən siyasi opponentləri, dissidentləri, hüquq müdafiəçilərini, jurnalistləri, onların qohumlarını və tərəfdaşlarını təqib etmək üçün istifadə edir”.

Azpost.info

 

Əvvəlki məqalə

Prokuror prodüser Təranə Səmədovaya 7 il həbs cəzası tələb edib

Sonrakı məqalə

Sumqayıtda fəhlənin uçqun altında qalaraq ölməsi ilə bağlı araşdırma aparılır