Koronavirus, Trampın prezidentliyi, Kamala Harrisin seçilməsi, Kolumb heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, 11 sentyabr hadisələri kimi bir çox hadisəni illər əvvəl “təxmin etməsi” ilə diqqətçəkən “Simpsonlar” cizgifilmi növbəti dəfə dünyanın gündəminə gəlib.
Koronavirus pandemiyasının 2022-ci ildə sona çatacağını “proqnoz”laşdıran cizgifilm bu dəfə “metaverse”lə bağlı səhnələri ilə hər kəsi heyrətə gətirib.
Belə ki, cizgifilminin 23-cü mövsümündə (2011-ci il) yayımlanan “Holidays of Futre Passed” adlı bölümdə “metaverse” təxmin edilib.
Bölümdə ilk dəfə Liza Simpsonun “ultra net”ə daxil olduğu göstərilir. Burada insanların virtual reallıq dünyasına olduqca bənzər səhnələrdə maraqlı bir onlayn dünyaya qədəm basırlar.
Sosial şəbəkədə istifadəçilərdən birinin “Simpsonlar” 2011-ci ildə “metaverse” təxmini” şəklində paylaşımı tezliklə bütün dünyaya rezonans doğurub. Tezliklə bir çox istifadəçi görüntüləri təhlil edərək sözügedən istifadəçinin fikrinə dəstək verib.
Həmçinin “Simpsonlar “metaverse”i təxmin edib, yoxsa Mark Zukerberq bu fikri cizgifilmindən götürüb?” müzakirələri də gündəmə gəlib.(Haber Global)