Sinoptiklərdən küləkli və yağıntılı hava ilə bağlı- XƏBƏRDARLIQ

Oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 22-27 metrədək güclənəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da Azərbaycanın şərq rayonlarında, oktyabrın 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyə olacaq.

Əvvəlki məqalə

“İşğaldan azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i tamamilə dağıdılıb”

Sonrakı məqalə

“Qarabağ regionunda yaşayan ermənilər bizim vətəndaşlarımızdır” –