Şirvanda təkəri partlayan avtomobil yol kənarında uşağı vuraraq öldürüb

Şirvanda azyaşlını avtomobil vuraraq öldürüb.

Hadisə Şirvan şəhəri köhnə şəhər massivində qeydə alınıb. “Wolksvagen” markalI avtomobil təkərinin partlaması nəticəsində aşıb və yol kənarında dayanan Şirvan sakini, 8 yaşlı Aslanov Rəvan Rafayıl oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.