Siyəzəndə iki maşın toqquşub –ata və 3 yaşlı oğlu ölüb - FOTO

Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Bakıda Xankəndinə humanitar yük gətirmiş könüllülər çadırlarda gecələyir

Sonrakı məqalə

Ermənistandan açılan atəş nəticəsində hərbçimiz yaralanıb