Siyəzəndə istirahət mərkəzində yanğın olub

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

Hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Mərdanov Əli Cumayil oğluna məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır. (APA)

Əvvəlki məqalə

İbtidai siniflər üçün əlavə yaz tətili bu gün başa çatır

Sonrakı məqalə

“Döyüş sursatı yoxdur, Baxmutu tərk edirik”