“Siyəzən Broyler”də yanğın olub

Siyəzən Broyler” ASC-də yanğın olub.

Azpost.info  Fövqəlada Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.